Gündüz Kərimov: Rəqəmsal cinayət prosesi bir sıra risklər yaradır

Gündüz Kərimov: Rəqəmsal cinayət prosesi bir sıra risklər yaradır
02.04.2024 10:26
Aa
dəq

Rəqəmsallaşma bütün sahələri əhatə edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Baş Prokurorluğun "Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən konfransında deyib.

O qeyd edib ki, rəqəmsallaşma bir sıra risklər yaradır.

"Rəqəmsal cinayət prosesi birbaşa əlaqəni azaldır. Lakin istintaq zamanı əlaqə çox vacibdir. Rəqəmsal cinayət prosesi zamanı vətəndaşın hüquqlarının qorunması çətinləşə bilər. 

Eyni zamanda, Baş Prokurorluq məhkəmədən əvvəl qanunun təmin edilməsində vacib rola sahibdir. Rəqəmsal cinayət prosesi zamanı nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının qorunması Baş Prokurorluğun üzərinə düşür".

PA-nın şöbə müdiri bildirib ki, gələcək qanunvericilik layihələrin hazırlanmasında dövlətin hüquq siyasəti, qanunvericiliyin inkişaf istiqamətləri nəzərə alınmalıdır.

Həftənin ən çox oxunanları