Balkan ölkələri Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya və Monteneqroda leysan yağış, və külək həyata mənfi təsir edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Sloveniyada dünəndən başlayan leysan yağış və dolu nəticəsində bəzi evlər, iş yerləri və nəqliyyat vasitələrinə ziyan dəyib.
Bu gün səhər saatlarında Xorvatiyanın şərqində artan leysan yağışının ardınca Bosnjaci kəndində bir evə düşən ildırım yanğınla nəticələnib. Xorvatiya baş naziri Andrey Plenkoviç yerli mətbuata verdiyi açıqlamada kənddəki 1000 evdən 900-nün damının güclü külək nəticəsində zədələndiyini bildirib.
Qeyd olunub ki, Xorvatiyanın Brod-Posavina bölgəsində güclü külək nəticəsində çoxlu ev və iş yerləri dağılıb.
Güclü yağış, külək və dolu Balkan ölkələrinə təsir edib
Oxşar xəbərlər
Digər
Merz Almaniyanın BMT Təhlükəsizlik Şurası seçkilərindəki uğursuzluğunu etiraf etdi
Digər
ABŞ İrana qarşı hərbi əməliyyatların yenidən başlamasını istəmir
Digər
Starmer Merz ilə Ukrayna danışıqlarını müzakirə etməyi planlaşdırır
Digər