Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən “Greencard” lotereyasının nəticələrini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Lotoreyaya qeydiyyat 5 oktyabr – 8 noyabr 2022-ci il tarixində aparılıb.
Qeyd edək ki, lotereya qalibləri Azərbaycan vətəndaşlığını itirmədən qanuni şəkildə ABŞ-də yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimdə ölkəyə girib çıxmaq hüququ əldə edirlər.
Proqrama qoşulmaq üçün heç bir ödəniş tələb olunmur və seçim adi lotereya kimi təsadüfi qaydada aparılır.
Bütün dünya üzrə “Greencard” üçün müraciət edənlər arasında ABŞ-yə köçüb yaşamaq və işləmək istəyən Azərbaycan vətəndaşları da az deyil.
Xatırladaq ki, iştirakçılar təsdiq nömrəsini ən azı 30 sentyabr 2024-cü ilə qədər saxlamalıdırlar.