Göz rəngini dəyişənlərə XƏBƏRDARLIQ! - Artıq bu xəstəlikdən can qurtara BİLMƏYƏCƏKSİNİZ

Göz rəngini dəyişənlərə XƏBƏRDARLIQ! - Artıq bu xəstəlikdən can qurtara BİLMƏYƏCƏKSİNİZ
09.09.2024 17:21
Aa
dəq

Dolğu, burun və mədəkiçiltmə əməliyyatı, indi də göz rəngi dəyişmə...

Son zamanlarda dəb olan, məşhurların, hətta azərbaycanlı aktrisanın belə etdiyi əməliyyatlardan biri göz rəngi dəyişmə prosedurudur. Bu əməliyyat ilk dəfə ABŞ-də məşhurlaşsa da, sonradan Avropa, eləcə də Azərbaycana yayıldı.

Bəs bu əməliyyatın fəsadları nələrdir? İnsan sağlamlığına öz mənfi təsirini göstərirmi? Gələcəkdə korluğa səbəb olacaqmı?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən oftalmoloq Anar Abdullayev deyir ki, son zamanlar göz rəngi dəyişmək əməliyyatı populyarlaşıb:

“Əməliyyat zamanı gözün ön hissəsində “buynuz qişa” adlanan şəffaf qatın içərisində yeni qat yaradaraq, həmin yaradılmış hissəyə piqment, yəni boya maddəsi yeridilir. Bununla da buynuz qişanı boyayırlar. Əslində gözə rəng verən göz bəbəyidir. Bəbəyin üzərində olan piqment hüceyrələrinin paylanmağına görə gözün rəngi formalaşır. Rənglənmiş buynuz qişa da bəbəyin ön hissəsində olduğu üçün əməliyyatdan sonra rəngli bir qat meydana gəlir. Vizual olaraq kənardan görüntü rəngli linzaların görüntüsünə bənzəyir”.

Göz rənginin dəyişdirilməsi: qiymət və fəsadlar

Doktor bildirir ki, göz rəngini dəyişdirmək insan sağlamlığına birbaşa ziyan göstərmir. Məsələn, dəriyə tattoo icra olunur, amma heç kim deyə bilməz ki, bu sağlamlığa ziyandır. Cəmiyyətdə çox sayda insan tattoo etdirir və müşahidə də edirik ki, tattoo onların sağlamlığına heç bir əks təsir göstərmir. Amma tatoonun əlavə ağırlaşma riskləri olduğu kimi, göz rənginin dəyişdirilməsinin də ağırlaşma riski var. Dəqiq rəqəmləri bilməsək də, təxminən 5 % insanda ağırlaşma olur. Ağırlaşma isə özünü dəridə biruzə verir, qan vasitəsi ilə yayılaraq, orqanizmin digər hissələrində fəsad törədə bilər:

“Təsəvvür edin, bu əməliyyat görən gözdə icra olunur. Təbii ki, bunun riskləri daha çoxdur. Ağırlaşma zamanı da ödənilən bədəl daha ağırdır. Bəs kor ola bilərmi? Əlbəttə, ağırlaşma olarsa, korluğa da gətirib çıxara bilər. Lakin, hər tattoo proseduru olan insanlarda ağırlaşma olmadığı kimi hər göz rəngini dəyişdirən insanda da ağırlaşma olmur. Amma buna ehtimal var, ağırlaşma ehtimalı olan 100 nəfərdən biri ola bilərsiniz. Bunu isə əməliyyatdan öncə pasiyentə ətraflı izah etmək lazımdır. Bundan əlavə, göz rənginin dəyişdirməyin başqa arzu olunmayan tərəfləri də var. Hansı ki, bunu pasiyent hiss etmir və bilmir. Gələcəkdə yaş artdıqca hamını orqanizmdə olan müəyyən dəyişikliklər gözləyir. Belə dəyişikliklərdən biri zamanla gözdə mirvari suyunun yaranmasıdır”.

Göz rəngi dəyişdiriləcək -ŞOK

A.Abdullayev deyir ki, mirvari suyu yarandığı zaman əməliyyat icra olunur. Əməliyyatda bəbəyi maksimum dərəcədə böyüdərək arxa hissədə bir pəncərə açılır, bəbəyin həmin hissəsində əməliyyat icra edilir. Amma göz rəgi dəyişdirilmiş insanlarda sonradan yaradılmış süni bəbəyin böyüdülməsi mümkün deyil. Çünki həmin hissə ömürlük boyanır və boyanılmış göz rəngini əvvəlki rəngə qaytarmaq, həmin boyanı təmizləmək heç vaxt mümkün olmayacaq. Deməli, buynuz qişanın şəffaf olduğu, boyanmayan hissə çox az yerdir. Cərrahlar həmin balaca pəncərədən arxa hissəni görüb, göz əməliyyatını icra etməli olacaqlar. Bu da çox ciddi çətinliklər törədəcək. Mirvari suyu əməliyyatında ağırlaşmalardan biri də dar bəbəkdə icra olunan əməliyyatlar zamanı müşahidə olunur. Bundan əlavə, yaşla və digər sistemik xəstəliklər ilə əlaqədar olaraq göz dibində də problemlər yarana biləcək. Bu zaman yenə də bəbəyi böyüdüb arxa hissəni görmək üçün pəncərəyə ehtiyac olduğu zaman boyanmış buynuz qişası olan insanların göz dibini görmək mümkün olmayacaq. Hətta lazım olduğu təqdirdə lazer prosedurları belə icra edilə bilməyəcək.

“Tibbin bütün sahələrində etik və qeyri-etik prosedurlar var. Hansı ki, həmin prosedurları icra etmək qeyri-etik hesab olunur. Bu əməliyyatı da mən həmin qrupa aid edirəm. Çünki bu əməliyyat tibbi baxımdan lüzumsuz, hətta müəyyən qədər fəsadlar törədə biləcək əməliyyatdır. Həmçinin başqa bir sıra əməliyyatlar var ki, onlar da tibb də qeyri-etik hesab olunur. Biz onları icra edə bilərik, amma etmirik. Məsələn, pasiyentin görməsi zəifdir, onun görməsini artırmaq üçün başqa üsullar var. Amma onların bir qrupu qeyri etik hesab olunur və pasiyentə gələcəkdə zərər verə bilər deyə, həmin əməliyyatı icra etməkdən qaçırıq”, – deyə doktor qeyd etdi.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY
DAVAMIN OXU davamın oxu

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq
DAVAMIN OXU davamın oxu

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY
DAVAMIN OXU davamın oxu