Göyçay Rayon İcra Hakimiyyətindən yayılan iddialara münasibət

Göyçay Rayon İcra Hakimiyyətindən yayılan iddialara münasibət
22.05.2023 18:04
Aa
dəq

Göyçay şəhər sakini, vətən müharibəsi iştirakçısı Axundov Araz Azər oğlu dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul edilmiş və dinlənilmişdir.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə İH-dən bildirilib ki, vətən müharibəsi iştirakçısı müalicəsi üçün dərman vasitələrinin alınması, ərzaq yardımı edilməsi və maddi yardımla bağlı ayrı-ayrı vaxtlarda müraciət etmiş, müraciətləri nəzərə alınaraq ümumilikdə Rayon İcra Hakimiyyəti tərəfindən 1158 manat məbləğində ona maddi yardım edilmişdir.

2022-ci il tarixdə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional bölməsinin Göyçay rayon xidməti şöbəsində “özünüməşğulluq” proqramına cəlb edilərək məşğulluğunu təmin etmək məqsədilə qapı və pəncərə düzəltmək üçün dəzgahla təmin olunmuş, lakin sonradan həmin dəzgahı özü satdığını etiraf etmişdir.

Həmçinin 18 may 2023-cü il tarixdə A.Axundov Rayon İcra Hakimiyyətinə yaxınlaşaraq Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən dərman vasitələri ilə təmin olunması üçün köməklik göstərilməsini bildirmiş və Xəstəxana tərəfindən ona lazımi köməkliyin olunacağı bildirilmişdir.

Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov barəsində səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir və böhtan xarakterlidir.

Həftənin ən çox oxunanları

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu