Texnologiya nəhəngi "Google" Kanadanın yerli xəbərlərinə qadağa qoyub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kanada parlamentinin yeni qanun qəbul etəyindən sonra baş verib.
Belə ki, Kanada parlamenti ötən günlərdə onlayn xəbərlərlə bağlı yeni qanun qəbul edib. Yenliyə əsasən texnologiya nəhəngləri Kanadaya yerli xəbərlər qarşılığında pul ödəməlidir.
Sözügedən qanun layihəsinin 6 ay sonra qüvvəyə minəcəyi gözlənilir.
Xatırladaq ki, keçdiyimiz günlərdə "Meta" şirkəti də eyni səbəbdən Kanadanın yerli xəbərlərinə qadağa qoyub