Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hərbi xərclər 2025-ci ildə rekord həddə çatdı

2 dəq
Paylaş:
Hərbi xərclər 2025-ci ildə rekord həddə çatdı

2025-ci ildə qlobal 2,887 trilyon dollara çatıb ki, bu da 2024-cü illə müqayisədə 2,9% çoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Stokholm Sülh Araşdırmaları İnstitutunun () yeni hesabatında qeyd olunub.

İnstitutun ekspertlərinin fikrincə, ABŞ-də xərclər azalıb, lakin Avropada 14%, Asiya və Okeaniyada isə 8,1% artıb.

Ən çox hərbi xərcləri olan üç ölkə -ABŞ, Çin və ümumilikdə 1,480 trilyon dollar xərcləyib ki, bu da dünya üzrə ümumi göstəricinin 51%-ni təşkil edir.

Bundan əlavə, ekspertlər qeyd edirlər ki, hərbi xərclər artıq 11-ci ildir ardıcıl olaraq artır.

SIPRI-nin Hərbi xərclər və silah istehsalı proqramının tədqiqatçısı Syao Lyan bildirib ki, dövlətlər müharibə, qeyri-müəyyənlik və geosiyasi sarsıntılarla müşayiət olunan növbəti ilə silahlanmanı genişləndirməklə reaksiya veriblər:

"Mövcud böhranların miqyası və bir çox ölkələrin uzunmüddətli hərbi xərclər hədəfləri nəzərə alınarsa, bu artımın 2026-cı ilin sonuna qədər və daha sonra da davam edəcəyi ehtimal olunur.”

2025-ci ildə Yaxın Şərqdə hərbi xərclər təxminən 218 milyard dollar təşkil edib ki, bu da 2024-cü illə müqayisədə cəmi 0,1% çoxdur.

İsrailin hərbi xərcləri 4,9% azalaraq 48,3 milyard dollara düşüb. Bu, 2025-ci ilin yanvarında HƏMAS ilə atəşkəs razılaşmasından sonra Qəzzada müharibənin intensivliyinin azalmasını əks etdirir.
Türkiyənin hərbi xərcləri 2025-ci ildə 7,2% artaraq 30,0 milyard dollara çatıb. Bu artım qismən İraq, Somali və Suriyada davam edən hərbi əməliyyatlarla bağlıdır.

İranın xərcləri isə ikinci ildir ki, azalır — 2025-ci ildə 5,6% azalaraq 7,4 milyard dollara enib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax