Əsas məzmuna keç

Çexiya Azərbaycana yeni L-39NG hərbi təyyarələri təklif edib

Çexiya Azərbaycana yeni L-39NG hərbi təyyarələri təklif edib

Andrej Babiş Qəbələdə İlham Əliyevə L-39NG təyyarəsi və "Colt" silahlarını təqdim etdi. Bakı Metropoliteni və "Skoda" ilə bağlı yeni əməkdaşlıq detalları bəllidir.

ru en

Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi "L-39NG" təklif edib.

"Report" xəbər verir ki, bunu Çexiyanın Andrey Babiş Qəbələdə Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

qeyd edib ki, əgər bunu dəyərləndirsə Çexiya tərəfi çox şad olar:

"Aero Vodoxodı" şirkəti köhnəlmiş "L-39" təyyarələrinə de-fakto xidmət göstərir və təmir edir. Əlbəttə, biz yeni "L-39NG" təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq".

A.Babiş xatırladıb ki, "Kolt" şirkəti, sözün əsl mənasında, mühüm şirkətdir və o, bütün dünyaya əla məhsullarını təchiz edir:

"Şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır".

O bildirib ki, səfərə ən mühüm Çex şirkətlərinin nümayəndələri gəlib və bütövlükdə nümayəndə heyətində 50 şirkət təmsil olunub:

"Əlbəttə ki, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var. "ŞKODA Daşımalar" ölkəmizin, bəlkə də ən iri iqtisadi "PPF Qrupu"nun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərinizlə etmək və təbii ki, Sizin insanlarınızla işləməyə hazırdır".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…