Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub

2 dəq
Paylaş:
İran və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub

İran nazirləri arasında baş tutub.

“Operativ Məlumat Mərkəzi-OMM”-in “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, İranın XİN rəhbəri Abbas Əraqçi ölkəsinin ABŞİsrail ilə genişmiqyaslı müharibə şəraitində olduğunu vurğulayıb.

Nazir bildirib ki, rəsmi Tehran hücumlara cavab olaraq İsraili və bölgədəki ABŞ hərbi bazalarını hədəf alıb. O, İranın lazım olduğu müddətdə müdafiə etməyə tam hazır olduğunu qeyd edib.

Əraqçi həmçinin bəyan edib ki, İranın öldürülən liderlərinin qisası mütləq alınacaq.

Ermənistan XİN rəhbəri isə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin, eləcə də bir sıra İran vətəndaşlarının həlak olması ilə bağlı qarşı tərəfə başsağlığı verib.

O, eyni zamanda Ermənistanın zəruri olan hər cür humanitar yardımı göstərməyə hazır olduğunu bildirib. Mirzoyan mövcud gərgin vəziyyətin diplomatiya yolu ilə həll olunacağına ümid etdiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax