Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pentaqon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb

2 dəq
Paylaş:
Pentaqon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb

rəhbəri Pit Heqset ABŞ-nin İrana qarşı əməliyyatını "dünyaya hədiyyə" adlandırıb və Tehranı bağlamağa çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, o, bunu brifinqdə çıxış edərkən bəyan edib.

Heqsetin sözlərinə görə, "Epik qəzəb" əməliyyatı ABŞ silahlı qüvvələrinin gücünü nümayiş etdirib.

"Bu cəsarətli və təhlükəli missiya dünyaya hədiyyədir", - o vurğulayıb və ABŞ-nin İranda "qətiyyətli nəticələr" əldə etdiyini əlavə edib.

Müharibə naziri həmçinin qeyd edib ki, Tehran hazırda mühüm seçim qarşısındadır.

"İranın yaxşı, ağlabatan saziş bağlamaq var", - o bəyan edib.

O, həmçinin deyib ki, zəifləmiş İran silahlı qüvvələri, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu "ölkənin bayrağı altında pirat dəstəsinə çevrilib".

"Onlar təcavüzü şüarlarla ört-basdır edirlər, lakin dünya indi onları olduqları kimi görür. Onlar heç nəyə nəzarət etmirlər. Onların hərəkətləri piratların və terrorçuların yol verdikləri davranışlardır", - Pentaqon rəhbəri əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax