Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sergey Lavrov Ermənistandakı həbslər və İrəvanın xarici siyasəti barədə danışdı

2 dəq
Paylaş:
Sergey Lavrov Ermənistandakı həbslər və İrəvanın xarici siyasəti barədə danışdı

Ermənistanda və ailə üzvlərinin həbsi ilə bağlı açıqlama verib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Rusiyanın naziri Sergey Lavrov “RBC” telekanalına müsahibəsində Ermənistanda baş verən son siyasi proseslərə toxunub. Nazir Moskvanın mövqeyinin birmənalı şəkildə erməni xalqının mənafelərinə əsaslandığını bildirib.

Lavrov Rusiya ilə erməni xalqı arasında tarixi əlaqələrin mövcud olduğunu və Moskvanın çətin dövrlərdə İrəvana dəfələrlə dəstək verdiyini qeyd edib. O, hazırkı hakimiyyətinin isə fərqli prioritetlərlə hərəkət etdiyini vurğulayıb.

Xatırladaq ki, avqustun 27-də məhkəmə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın, bir gün əvvəl isə onun oğlu Sedrak Köçəryanın həbsi barədə qərar qəbul edib. İstintaq orqanları onları qanunsuz əmlak əldə etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir.

Lavrov müsahibəsində Ermənistanın xarici siyasətindəki dəyişiklikləri də tənqid edib. O, İrəvanın Avropa İttifaqına üzvlük prosesinə başlamasının Avrasiya İqtisadi İttifaqı ölkələrində narahatlıq yaratdığını bildirib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Aİİ ölkələri Ermənistan rəhbərliyini referendum keçirərək seçim etməyə çağırıblar. Lakin Baş nazir bu məsələyə konkret cavab verməyib.

Lavrov Ermənistanın Aİ-yə inteqrasiya qanununu qəbul etməsi ilə Paşinyanın “vaxtı gələndə qərar verəcəyəm” mövqeyi arasında ziddiyyət olduğunu bildirib. O, belə yanaşmanın Ermənistan hakimiyyətinin öz xalqına olan etimadının aşağı səviyyədə olduğunu göstərdiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə