Operativ Məlumat Mərkəzi

Almaniya tarixində ilk: Məlumat verənə 1 milyon avro veriləcək

2 dəq
Paylaş:
Almaniya tarixində ilk: Məlumat verənə 1 milyon avro veriləcək

Almaniyanın paytaxtı Berlin şəhərində baş vermiş genişmiqyaslı kəsintisi ilə bağlı cinayət işində yeni mərhələ başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prokurorluq yanvarın 3-də şəhərin cənub-qərbindəki elektrik kabellərinə edilən hücumun üstünü açmağa kömək edəcək 1 milyon avro veriləcəyini elan edib.

Berlin Daxili İşlər Naziri Iris Spranger bu məbləğin ölkə tarixində bir istisna olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, federal hökumət hadisənin miqyasını və ciddiliyini nəzərə alaraq belə bir addım atıb.

Xatırladaq ki, yanvarın 3-də baş verən hücum nəticəsində Berlinin cənub-qərb hissəsində təxminən 100 min insan günlərlə elektriksiz qalıb. Bu, İkinci Dünya Müharibəsindən sonra şəhərdə alınan ən uzunmüddətli enerji kəsintilərindən biri hesab olunur. Təxminən 50 min ev həm işıqsız, həm də istiliksiz qalıb.

Hadisəyə görə məsuliyyəti ifrat solçu "Volkan Grubu" öz üzərinə götürüb. Şəhərin elektrik paylayıcı şirkəti olan "Stromnetz Berlin" yalnız beşinci günün sonunda bütün abonentlərin enerji təchizatını tam bərpa edə bilib. Hazırda Federal Prokurorluq hadisə ilə bağlı terror şübhəsi ilə araşdırmaları davam etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax