Gürcüstanın Batum hava limanından Türkiyənin Ordu-Giresun hava limanına uçan xüsusi təyyarə mühərrik nasazlığı səbəbindən Rize-Artvin hava limanı yaxınlığında dənizə məcburi eniş edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hadisə ilə bağlı məlumat Ana Axtarış və Xilasetmə Koordinasiya Mərkəzi tərəfindən Türkiyə Sahil Təhlükəsizlik Komandanlığına ötürülüb.
Bundan sonra əraziyə bir gəmi, iki qayıq və bir dalğıc qrupu göndərilib.
Hadisə yerinə çatan xilasetmə qrupları dənizin səthində müəyyən edilən təyyarədəki iki şəxsi şüurları açıq vəziyyətdə xilas ediblər.
Zərərçəkənlər ehtiyat tədbiri olaraq Kaçkar Dövlət Xəstəxanasına çatdırılıb.
Xilasetmə əməliyyatını həyata keçirən Sahil Təhlükəsizlik Komandanlığının əməkdaşları təqdir edilib.