Gürcüstanın Baş Prokurorluğu vətənə xəyanət maddəsi üzrə ilk cinayət işi qaldırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, iş Gürcüstanın Veteranların İşləri üzrə Dövlət Xidmətinin müraciəti əsasında müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Giorgi Baramidzenin bəyanatı ilə bağlı açılıb.
İstintaq vətənə xəyanət maddəsi ilə yanaşı Gürcüstanın dövlət maraqlarına təhlükənin yaradılması maddəsi ilə də aparılır.
Qeyd edək ki, Giorgi Baramidze televiziya proqramında deyib ki, “Abxaziyada müharibə zamanı gürcü hərbçilər əsirləri güllələdiklərinə görə qarşı tərəf əsirləri geri qaytarmırdı”.
Xatırladaq ki, Gürcüstanın Cinayət Məcəlləsindən 2007-ci ildə çıxarılan vətənə xəyanət maddəsi ötən ilin aprelində bərpa edilib. Bu cinayət əməlinə görə 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Gürcüstanda vətənə xəyanət maddəsi ilə ilk cinayət işi açıldı
Oxşar xəbərlər
Region xəbərləri
Tacikistan Rusiya yanacağından asılılığı azaldır: Mərkəzi Asiya ölkələrinə üz tutub
Region xəbərləri
Ərdoğan Səudiyyə Ərəbistanına getdi
Region xəbərləri
Antalyada meşə yanğınları azalıb – Yeni nəzarət tədbirləri gücləndirilir
Region xəbərləri
Hakan Fidan Ankarada həmkarı ilə görüşəcək
Eyni mövzuda
Region xəbərləri
Gürcüstan DTX elektrik enerjisi kəsintisi ilə bağlı araşdırmaya başlayıb
Region xəbərləri
Türkiyədə NATO sammiti ərəfəsində genişmiqyaslı antiterror əməliyyatı: 209 nəfər saxlanılıb
Region xəbərləri
Köçəryanın sərhəddə saxlanılması Ermənistanda yeni müzakirələrə səbəb oldu
Region xəbərləri
Qaqik Beqlaryan 2 ağır cinayət ittihamı ilə saxlanıldı
Daha çox: Region xəbərləri
Region xəbərləri
İran: ABŞ-nin təhdidləri davam etdikcə heç bir razılaşma olmayacaq
Region xəbərləri
Rusiyanın Kiyevə kütləvi hücumu: 14 nəfər həlak olub
Region xəbərləri
Rusiya əcnəbilər üçün vətəndaşlıq və yaşayış qaydalarını sərtləşdirdi
Region xəbərləri