Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Gürcüstanda 121 nəfər saxlanıldı

2 dəq
Paylaş:
Gürcüstanda 121 nəfər saxlanıldı

Gürcüstanda genişmiqyaslı zamanı narkotik cinayətləri ilə əlaqədar 121 nəfər saxlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Mərkəzi Polisi Departamentinin direktoru David Kiknadze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlardan 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinir. Onların arasında həm , həm də xarici ölkə vətəndaşları var.

Saxlanılanların üzərində, yaşayış yerlərində və vasitələrində aparılan axtarışlar zamanı satış üçün hazırlanmış külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən metadon, alfa-PVP, kokain, ketamin, buprenorfin, marixuana və kannabis aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan başqa, narkotiklərin qablaşdırılması üçün istifadə olunan materiallar, elektron tərəzilər və narkotik satışından əldə edildiyi ehtimal olunan pul vəsaitləri də müsadirə edilib.

Faktlarla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır. Təqsirli bilinən şəxsləri 20 ilədək və ya azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax