Rusiya nümayəndə heyəti Moskva vaxtı ilə saat 14:30-dan sonra Cenevrə şəhərində Ukraynadakı münaqişənin həlli ilə bağlı üçtərəfli danışıqlara başlamağı planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata əsasən, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli danışıqların üçüncü raundu 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Üçtərəfli danışıqların əvvəlki mərhələsi 4-5 fevral tarixlərində Əbu-Dabi şəhərində baş tutub. Həmin görüşdə Rusiya nümayəndə heyətinə Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin rəisi admiral İqor Kostyukov rəhbərlik edib.
Kreml sözçüsü Dmitri Peskov bildirib ki, nümayəndə heyətinin tərkibindəki dəyişiklik İsveçrədə keçiriləcək görüşdə ərazi məsələləri də daxil olmaqla daha geniş mövzuların müzakirəsinin planlaşdırılması ilə əlaqədardır.