Gender Hub Azərbaycan təşkilatı CAREC Gender Bərabərliyi mükafatının qalibi olub

Gender Hub Azərbaycan təşkilatı CAREC Gender Bərabərliyi mükafatının qalibi olub
05.12.2023 09:44
Aa
dəq

Azərbaycandan Gender Hub Azərbaycan təşkilatı Asiya İnkişaf Bankının təsis etdiyi Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində CAREC Gender Bərabərliyi mükafatının qalibi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu mükafatın qalibi olan 10 ölkədən 11 şəxs və təşkilat 29 noyabr tarixində Gürcüstanın Tiflis şəhərində keçirilən mükafatlandırma mərasimində bir araya gəlib.

CAREC Gender Bərabərliyi Mükafatı şəxslərin, eləcə də CAREC üzv ölkələrindəki (Azərbaycan, Çin Xalq Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan) təşkilatların səylərini və nailiyyətlərini qiymətləndirmək məqsədi daşıyır.

Mərasimdə Gender Hub Azərbaycan təşkilatının həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova iştirak etmiş və mükafatı təşkilat adına almışdır. Gender Hub Azərbaycan təşkilatı ilə yanaşı, Gürcüstan, Qırğızıstan, Çin və digər Asiya ölkələrinin nümayəndələri iştirak edib.

200 müraciətçi arasından münsiflər heyəti tərəfindən seçilmiş 11 qalib şəxsə və təşkilata mükafatlar təqdim olunub. Mükafatın qalibləri CAREC tərəfindən təşkil olunacaq tədbirlərdə iştirak etmək, şəbəkələşmək imkanı əldə edəcək, liderlik üzrə kouçinq və mentorluq proqramlarından yararlanacaqlar.

Həftənin ən çox oxunanları

Məşhur bəstəkar vəfat etdi - FOTO

Məşhur bəstəkar vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
DAVAMIN OXU davamın oxu

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO
DAVAMIN OXU davamın oxu

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı
DAVAMIN OXU davamın oxu

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
DAVAMIN OXU davamın oxu