Əsas məzmuna keç

Gəncədə tullantıları qalaqlayaraq yandıran şəxs cərimələnib

Gəncədə tullantıları qalaqlayaraq yandıran şəxs cərimələnib

Gəncədə tullantıları qalaqlayaraq yandıran şəxs cərimələnib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat...

Gəncədə tullantıları qalaqlayaraq şəxs cərimələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı şəhəri, Ə.Rəfibəyli küçəsində yerləşən “Gəncə ” ASC-nin həyətində tullantıların qalaqlanaraq yandırılıması faktı müəyyən edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı tullantıların “Gəncə Ekspress” ASC-nin həyətində yerləşən rəngsaz sexində işləyən Tural İsmayılov tərəfindən yandırıldığı məlum olub.

Faktla bağlı akt, protokol tərtib tərtib olunub və T.İsmayılov barəsində qanunamüvafiq tədbir görülüb.

Əraziyə cavabdeh “Gəncə Ekspress” ASC-nin İdarə heyətinin sədri Eltac Əliyevə ərazinin təmizliyinə nəzarət olunması ilə bağlı ciddi xəbərdarlıq edilib, rəngsaz sexinin rəhbərliyinə isə belə halların təkrarlanmaması üçün məcburi göstəriş verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…