Əsas məzmuna keç

Gəncədə iki körpə ölümü qeydə alındı

Gəncədə iki körpə ölümü qeydə alındı

Martın 8-də saat saat 12:10 radələrində 1996-cı il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya...

Martın 8-də saat saat 12:10 radələrində 1996-cı il təvəllüdlü şəxs Şəhər Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib.

Qeyd edilib ki, hamiləliyinin 36-37-ci həftəsində olan pasiyentə diaqnozu təyin edilib.

Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta qiymətləndirilir.

***

Bu gün saat 06:00 radələrində 1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib.

Qeyd edilib ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib.

Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…