Operativ Məlumat Mərkəzi

Gəncədə hərbi hissə yaxınlığında yanğın baş verib - YENİLƏNİB

1 dəq
Paylaş:
Gəncədə hərbi hissə yaxınlığında yanğın baş verib - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Gəncə şəhəri, Sevinc qəsəbəsidə yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Gəncə şəhəri, Sevinc qəsəbəsidə yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi - OMM"-yə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

  • Gəncədə hərbi hissənin yaxınlığında yanacaq daşıyan avtomobil yanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-yə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər