Gəncə və Göygöldə 130-dan çox şəxs zəhərlənib - YENİLƏNİB

Gəncə və Göygöldə 130-dan çox şəxs zəhərlənib - YENİLƏNİB
11.08.2024 22:30
Aa
dəq

TƏBİB Göygöl və Gəncə şəhərlərində baş vermiş qida zəhərlənməsi ilə bağlı məlumat yayıb.

Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasına 3 fərqli ərazidən ümumilikdə 50 nəfər qida zəhərlənməsi şübhəsi ilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

38 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 12 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağırdır.
                        
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına xəstəxanaya isə 13 nəfər qida zəhərlənməsi şübhəsi ilə yerləşdirilib. 

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və 50 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 46 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

Gəncə və Göygöldə kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə “Ağ ayı”, “Xan yurdu” və  “Araz” iaşə obyektlərində, eyni zamanda mərasim evində qeydə alınıb.

Fərqli hadisələr zamanı hələ ki, dəqiq bilinməyən səbəbdən 130 nəfərdən çox zəhərlənən var. Hər üç hadisə ilə bağlı Göygöl Rayon prokurorluğunda araşdırma aparılır.

Prokurorluğun müstəntiqləri hadisə yerlərinə cəlb ediliblər. İlkin dəlil və sübutlar toplanıb, o cümlədən, zəhərlənməyə səbəb olacaq qidalardan nümunələr götürülüb.

Hazırda zəruri istintaq hərəkətləri davam edir.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu