Operativ Məlumat Mərkəzi

Gələn həftədən orta məktəblərə elektron sənəd qəbuluna start veriləcək

1 dəq
Paylaş:
Gələn həftədən orta məktəblərə elektron sənəd qəbuluna start veriləcək
Orta ixtisas təhsilinə qəbul olunanların sənəd qəbulu başlayır. portal.edu.az üzərindən qeydiyyat.

14 avqust saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, müraciətçilər "portal.edu.az" saytı üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyat prosesi 23 avqust saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər