Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək, ictimai nəqliyyatı yalnız minik meydançalarında, avtobus dayanacaqlarında, bunlar olmadıqda isə səkidə və ya yol çiyinlərində gözləmələri barədə xəbərdarlıq edib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə idarədən məlumat verilib.
Yolun hərəkət hissəsinə çıxmaq, nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlarda dayanmaq sizin həyat və sağlamlığınız üçün ciddi təhlükə, sürücülər üçün isə gözlənilməz maneə deməkdir.
Unutmayın ki, bir anlıq diqqətsizlik ağır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hər bir piyadanın qaydalara riayət etməsi ümumi yol hərəkəti təhlükəsizliyinin vacib şərtidir.
Dəyərli piyadalar!
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sizləri şəxsi təhlükəsizliyinizi qorumağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.