Sabah Mingəçevir şəhərinin və Bərdə rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Mingəçevir şəhərində Toxuculuq və A.Puşkin küçələrində yerləşən fərdi yaşayış evlərinin qaz təchizatının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən qazın daxildən dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri başa çatanadək davam edəcək fasilə nəticəsində ümumilikdə 380 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Eyni zamanda, Bərdə rayonunda, ölçü qovşağından qidalanan M.Ə.Sabir küçəsində yerləşən qeyri-yaşayış obyektinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması nəzərdə tutulur. Bu səbəbdən İ.Qayıbov, Nüşabə, Vaqif, Koroğlu, H.Aslanov, Sabir və Gəncə küçələrində yerləşən 2 284 abonentin qaz təminatında fasilə yaranacaq.