Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qalibaf: ABŞ 10 maddəlik planın 3 bəndini artıq pozub

2 dəq
Paylaş:
Qalibaf: ABŞ 10 maddəlik planın 3 bəndini artıq pozub

İran Parlamentinin sədri təcavüzkarların ciddi qanun pozuntularını əsas gətirərək ABŞ ilə danışıqların və ikitərəfli atəşkəsin mənasız olduğunu bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, Qalibaf X sosial şəbəkəsində paylaşım edərək ABŞ-ni öhdəliklərini pozmaqda ittiham edib. O bildirib ki, Vaşinqton danışıqlar başlamazdan əvvəl belə razılaşma şərtlərinə əməl etməyib.

Qeyd olunur ki, günün əvvəlində ABŞ rəsmi şəkildə İranın irəli sürdüyü 10 təklifi atəşkəs üçün əsas kimi qəbul edib və əsas tələblərlə bağlı güzəştlərə getdiyini açıqlayıb.

Lakin təklifdə Livan da daxil olmaqla bütün cəbhələrdə hücumların dayandırılması nəzərdə tutulsa da, İsrailin həmin gün Livana genişmiqyaslı hücumlar həyata keçirdiyi və nəticədə yüzlərlə mülki şəxsin həlak olduğu iddia edilir.

Qalibaf paylaşımında qeyd edib ki, əvvəlcədən bu prosesə inamsız yanaşdıqlarını və hadisələrin də bu gözləntiləri doğrultduğunu bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti tərəfindən də etiraf edildiyi kimi, İranın 10 maddəlik danışıqların əsas çərçivəsini təşkil edir.

Parlament sədri əlavə edib ki, artıq bu çərçivənin üç əsas bəndi pozulub. Bunlara Livanda atəşkəs öhdəliyinə əməl edilməməsi, İran hava məkanının pozulması və ölkənin uranı zənginləşdirmək hüququnun qəbul edilməməsi daxildir.

Qalibaf vurğulayıb ki, belə bir şəraitdə nə ikitərəfli atəşkəs, nə də ABŞ ilə danışıqlar məntiqli hesab oluna bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax