Azərbaycan Premyer Liqasında iştirak hüququ uğrunda pley-off görüşü baş tutub. Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən matçda “Qəbələ” və “Mingəçevir” komandaları qarşılaşıb.
Gərgin keçən mübarizə “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə “qırmızı-qaralar” Premyer Liqada qalmağı bacarıb. “Mingəçevir” klubu isə mübarizəni növbəti mövsüm də I Liqada davam etdirəcək.
Qeyd edək ki, komandalar bu mərhələyə aşağıdakı göstəricilərlə gəliblər:
- “Qəbələ”: Premyer Liqada 11-ci yer;
- “Mingəçevir”: I Liqada 2-ci yer.