ABŞ, Kanada, Fransa, İtaliya, Yaponiya, İngiltərə və Almaniyadan ibarət G7 ölkələrinin liderləri üçüncü tərəfləri, xüsusilə də İranı Ukrayna müharibəsində Rusiyaya maddi dəstəyi dayandırmağa çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"İranın Ukraynada mülki şəxslərə qarşı amansız hücumlarda istifadə edilən pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya rejimini təmin etdikdən sonra İranın Rusiyaya ballistik raketlər və əlaqəli texnologiyaları ötürməyi nəzərdən keçirdiyi barədə xəbərlərdən son dərəcə narahatıq. Biz İranı bunu etməməyə çağırırıq. Bu, qeyri-sabitliyə töhfə verəcək və Rusiyanın Ukraynadakı müharibəsinə maddi dəstəyi əhəmiyyətli dərəcədə artıracaq. Bu, beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. İran Rusiyaya ballistik raketlər və ya əlaqəli texnologiyaları tədarük etməyə davam edərsə, biz İrana qarşı yeni və əhəmiyyətli tədbirlər də daxil olmaqla, tez və koordinasiyalı şəkildə cavab verməyə hazırıq", - deyə G7 liderləri birgə bəyanatda bildiriblər.