Füzulidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb

Füzulidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb
10.05.2023 09:29
Aa
dəq

Füzulidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini olan Ə.M. saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə şöbəyə gətirilib.

Onun avtomobilində müvafiq axtarış aparılarkən bir bükümdə psixotrop maddə olan metamfetamin götürülüb. Araşdırmalarla həmin şəxsin narkotiki pul qarşılığında Saminə adlı rayon sakinindən aldığı müəyyən edilib. Əməliyyatın davamı olaraq keçirilən tədbirlər nəticəsində Saminə Həsənova da saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki çantaya baxış zamanı külli miqdarda metamfetamin aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, S.Həsənova barəsində məhkəmənin qərarı ilə həbs, Ə.M. barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu