Əsas məzmuna keç

Füzuli şəhərində 2040-cı ilədək 50 min nəfər məskunlaşacaq

Füzuli şəhərində 2040-cı ilədək 50 min nəfər məskunlaşacaq

İşğaldan azad olunan rayonda infrastruktur layihələri sürətlənir. Qarabağda yaşayışın bərpası və sakinlərin köçürülməsi ilə bağlı yeni proqram təsdiqlənib.

en ru

Ümumi sahəsi 2 min hektara yaxın olan Füzuli şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan işlər barədə Prezidenti Sərdar Berdiməhəmmədova məlumat verərkən bildirib.

O, həmçinin, ali qonağı 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları haqqında da məlumatlandırıb.

E.Hüseynov vurğulayıb ki, müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə "Ağıllı şəhər" konsepsiyası tətbiq olunacaq.

Qeyd edək ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfəri çərçivəsində Füzuli rayonundadır. O, İlham Əliyev ilə birgə Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…