Əsas məzmuna keç

"Futbolçularım “Napoli”yə qarşı cəsarətli oyun nümayiş etdirdilər"

"Futbolçularım “Napoli”yə qarşı cəsarətli oyun nümayiş etdirdilər"

bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyada “Napoli”yə 0:2 hesabı ilə məğlub...

Rəqibi qələbə münasibətilə təbrik edirəm.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ""ın Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyada “Napoli”yə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

O, məğlubiyyətə baxmayaraq, komandasının layiqli mübarizə apardığını bildirib: “Futbolçular çəkinmədən çıxış etdilər. Sonadək cəsarətli oyun göstərdilər. Rəqibimiz böyük komandadır. Yenə təkrar edirəm, bu cür turnirdə oynayırıq, bütün matçlardan həzz almalıyıq”.

Baş məşqçi birinci qoldan əvvəl edilən əvəzetmələrin oyuna təsir etdiyini söyləyib: “Hər şey plana uyğun gedirdi. Beşli müdafiədən dördlü müdafiəyə keçdiyimiz zaman 8-10 dəqiqə ərzində oyunu itirdik. Bu da matçın taleyinə təsir etdi. “Napoli” son iki görüşdə beşli müdafiədə oynayırdı. Rəqibin təcrübəli futbolçuları fərq yaratdılar”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…