Dairəvi "yaşıl turizm" turizm sənayesinin gələcək inkişaf istiqamətini müəyyən edən ən aktual yanaşmalardan biridir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində yaşıl turizm" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, müasir dövrdə turizm təkcə iqtisadi sektor deyil, həm də sosial rifahın, mədəni mübadilənin və ekoloji məsuliyyətin ayrılmaz hissəsinə çevrilib:
"Hazırda turizmdə uğur artıq yaradılan dəyərin necə paylanılması, təbiətə və yerli icmalara necə təsir etməsi ilə ölçülür. Azərbaycanda təbiət əsaslı turizm marşrutlarının, ekoturizm və aqroturizm istiqamətlərinin inkişafı dayanıqlı turizm siyasətinin əsas prioritetləri sırasındadır".