Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FSB-dən "Telegram"a qarşı ağır ittihamlar

2 dəq
Paylaş:
FSB-dən "Telegram"a qarşı ağır ittihamlar

Rusiya Federal Xidməti (FSB) "Telegram" platformasının rəhbərliyini terror və təxribat fəaliyyətlərinin koordinasiyasında istifadə olunan kanallar və botları bloklamamaqda ittiham edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, FSB-nin açıqlamasında "Telegram"ın yaradıcısı barəsində terror fəaliyyətlərinə yardım etmək ittihamı ilə istintaq başladıldığı və onun axtarışa verildiyi bildirilib.

Məlumata görə, Rusiya xüsusi xidmət orqanları Ukrayna kəşfiyyatının, eləcə də müxtəlif terrorçu və ekstremist qruplaşmaların platformadakı kanallar, söhbət qrupları və botlardan istifadə edərək təxribatlar, kütləvi qırğınlar və kibercinayətlər hazırladığını iddia edir.

Bildirilib ki, "Telegram" ilə Rusiya hakimiyyəti arasında münasibətlər son dövrlərdə gərginləşib. Platformaya ölkə ərazisində məhdudiyyətlər tətbiq edilib, şirkətə qarşı isə ümumi məbləği 100 milyon rubldan çox olan cərimələr verilib.

Qeyd olunub ki, Kremlin sözçüsü iyulun 27-də verdiyi açıqlamada "Telegram"ın Rusiyada fəaliyyətinin davam etməsi ilə bağlı danışıqların aparıldığını, lakin şirkət nümayəndələrinin prosesdə kifayət qədər fəallıq göstərmədiyini bildirib.

Hazırda "Telegram" Rusiyada ən geniş istifadə olunan mesajlaşma və platformalarından biri olaraq qalır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax