Fransanın NATO-ya üzvlüyü onu zəiflədir, çünki alyans Parisi Ukrayna münaqişəsinə cəlb edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikri Fransanın Patriotlar partiyasının lideri Florian Filippot "France Info" telekanalının efirində bildirib.
Siyasətçi bu münaqişənin Fransaya aidiyyəti olmadığını bildirib.
"NATO-ya üzvlük Fransanı zəiflədir, çünki o, onu heç bir əlaqəsi olmayan müharibələrə sürükləyir", - Filippot deyib.
O, hesab edir ki, Fransa bloku tərk etməlidir və belə getsə, daha "asılı vəziyyətdə" olmayacaq.
Bundan əlavə, siyasətçinin fikrincə, Ukraynaya silah və pul göndərilməsini dayandırıb sülh danışıqlarına keçmək lazımdır.