Fransada terror təşkilatı PKK-nın 11 üzvünün təşkilatı maliyyələşdirmək və zorla üzv toplamaq cinayətləri ilə mühakimə olunduğu iddia edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Paris Cinayət Məhkəməsində aparılan işdə terrorçulara 5 ilə qədər həbs cəzası verilib.
Məhkəmə qərarına əsasən, müttəhimlər müxtəlif təhdidlər, o cümlədən, sosial təcrid yolu ilə terror təşkilatı üçün xeyli miqdarda xərac toplayıblar.