Əsas məzmuna keç

Fransada parlament seçkilərinin ikinci turu başlayıb

Fransada parlament seçkilərinin ikinci turu başlayıb

bu barədə “France Info” məlumat yayıb. Səsvermə yerli vaxtla saat 08:00-dan 18:00-a qədər keçiriləcək. Paris, Lion, Tuluza, Bordo, Marsel və Monpelye...

Fransanın Avropa hissəsində Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin ikinci turu başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “ Info” məlumat yayıb.

Səsvermə yerli vaxtla saat 08:00-dan 18:00-a qədər keçiriləcək. Paris, Lion, Tuluza, Bordo, Marsel və Monpelye şəhərlərində seçicilər səs verə biləcəklər.

Fransa Daxili İşlər Nazirliyi ilk turda 66,7 faizlə 1997-ci ildən bəri ən yüksək seçici fəallığını qeydə alıb.

Fransa seçkilərinin ilk turunda Marin Le Penin Milli Ralli partiyası 33,2 faiz birinci, Emmanuel Makronun “Birlikdə” partiyası isə 21 faiz səslə üçüncü olub. Sol qüvvələrin alyansı olan “Yeni Xalq Cəbhəsi” 28,1% səslə ikinci yeri tutub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…