Fransada etiraz aksiyalarında 1 milyondan çox insan iştirak edib

Fransada etiraz aksiyalarında 1 milyondan çox insan iştirak edib
24.03.2023 02:40
Aa
dəq

Fransanın bir çox böyük şəhərlərində pensiya islahatına qarşı keçirilən nümayişlərdə 1 milyondan çox insan iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, Parisdə 119 min etirazçı küçələrə çıxıb.

Bu, Fransa paytaxtı üçün rekord etirazçı sayıdır.

Ən böyük etiraz aksiyaları Marsel, Tuluza, Renn, Nant, Nitsa, Bordo, Tulon və Lionda keçirilib.

Qeyd edək ki, baş nazir Elizabet Bornun Milli Assambleyada (parlamentin aşağı palatası) səsvermədən yan keçərək pensiya islahatı barədə qanun layihəsinin qəbul edilməsi üçün konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinin işə salınmasına dair qərarından sonra ölkənin müxtəlif şəhərlərində minlərlə insanın iştirakı ilə nümayişlər başlayıb. Polis etirazları dağıtmaq üçün dəfələrlə xüsusi vasitələrdən istifadə etməli olub.

Martın 16-da Fransa Senatının yuxarı palatası pensiya islahatları barədə qanun layihəsini dəstəkləyib. Lakin Milli Assambleyada səs çoxluğuna əmin olmayan Fransa hökuməti səsvermədən yan keçərək islahat qanununu qəbul edib.

Həftənin ən çox oxunanları

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır
DAVAMIN OXU davamın oxu

Avstriyada daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Avstriyada daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
DAVAMIN OXU davamın oxu

Dünyada yeni virus yayıldı - Yoluxanlar var

Dünyada yeni virus yayıldı - Yoluxanlar var
DAVAMIN OXU davamın oxu

Aİ diplomatiyasının yeni rəhbəri bəlli oldu

Aİ diplomatiyasının yeni rəhbəri bəlli oldu
DAVAMIN OXU davamın oxu

Portuqaliyada meşə yanğınları nəticəsində 4 nəfər ölüb

Portuqaliyada meşə yanğınları nəticəsində 4 nəfər ölüb
DAVAMIN OXU davamın oxu