Operativ Məlumat Mərkəzi

Fransa vətəndaşlarını İran, İsrail və Livana səfərlərdən çəkinməyə çağırır

1 dəq
Paylaş:
Fransa vətəndaşlarını İran, İsrail və Livana səfərlərdən çəkinməyə çağırır
bu barədə Fransa XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib. “Yaxın Şərqdə hərbi eskalasiya riski ilə əlaqədar XİN Fransa vətəndaşlarına...

Fransa Xarici İşlər Nazirliyi (XİN) həmvətənlərini Yaxın Şərqdə vəziyyətin gərginləşməsi təhlükəsi ilə əlaqədar İran, İsrail və Livana səfərlərdən çəkinməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransa XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Yaxın Şərqdə hərbi eskalasiya riski ilə əlaqədar XİN Fransa vətəndaşlarına yaxın günlərdə İran, Livan, İsrail və Fələstin ərazilərinə səfərlərdən çəkinməyi tövsiyə edir”, - məlumatda qeyd edilib.

Bundan əlavə, Fransa rəsmilərinin bu ölkələrə işgüzar səfərlərinə qadağa tətbiq edilir.

Qurum, həmçinin İrandakı fransız diplomatların ailələrinin ölkəni tərk edəcəyini də bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər