Operativ Məlumat Mərkəzi

Fransa Ukraynanın NATO-ya üzvlüyünün tərəfdarıdır

2 dəq
Paylaş:
Fransa Ukraynanın NATO-ya üzvlüyünün tərəfdarıdır
Kolonna bu barədə NATO Xarici İşlər Nazirləri Toplantısında çıxışında deyib. İclasın əsas mövzusunun Ukrayna-Rusiya müharibəsi olacağını açıqlayan...

Fransanın xarici işlər naziri Ketrin Kolonna bəyan edib ki, suveren dövlətlər öz müttəfiqlərini sərbəst seçmək hüququna malikdirlər və buna görə də onlar Ukraynanın NATO-ya daxil olmasının tərəfdarıdırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Kolonna bu barədə NATO Xarici İşlər Nazirləri Toplantısında çıxışında deyib.

İclasın əsas mövzusunun Ukrayna-Rusiya müharibəsi olacağını açıqlayan Kolonna, Ukrayna ardıcıl və məsuliyyətlə hərəkət etməli olduqlarını vurğulayıb.

Ölkələrin Ukraynaya qarşı təhlükəsizlik öhdəliklərinə üstünlük verməsi lazım olduğuna işarə edən nazir Kolonna: “Bütün suveren dövlətlərin müttəfiqlərini sərbəst seçmək hüququna malik olması sadə bir beynəlxalq siyasətdir. Mən sizə prinsipi xatırlatmalıyam. Biz bu prinsipə hörmət etməkdə qərarlıyıq”,- deyə qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər