Operativ Məlumat Mərkəzi

Fransa müdafiə xərclərini NATO-nun təyin etdiyi hədəfə qədər artıracaq

1 dəq
Paylaş:
Fransa müdafiə xərclərini NATO-nun təyin etdiyi hədəfə qədər artıracaq
bu barədə Fransanın müdafiə naziri Sebastien Lecornu bildirib. Lecornu vurğulayıb ki, üzərində dayanılması lazım olan “əsas məqam” ÜDM-in 2 faizini...

Fransa bu il NATO-nun müəyyən etdiyi ümumi daxili məhsulun (ÜDM) 2 faizini hərbi büdcəyə ayırma hədəfinə çatacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastien Lecornu bildirib.

Lecornu vurğulayıb ki, üzərində dayanılması lazım olan “əsas məqam” ÜDM-in 2 faizini müdafiə xərclərinə ayırmaqdansa, bu nisbətin hərbi sahədə “səmərəli” istifadəsidir.

Fransa parlamenti 7 illik hərbi büdcənin 2023-cü ildə 413 milyard avroya çatdırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa 2030-cu ildə hərbi büdcəsini 2019-cu ilə nisbətən iki dəfə artırmağı hədəfləyir.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO müttəfiqlərini müdafiəyə kifayət qədər xərcləmədiyinə görə tənqid etməsi NATO-nun müəyyən etdiyi 2 faizlik hədəfə hansı ittifaq üzvlərinin əməl etməsi məsələsini gündəmə gətirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər