Əsas məzmuna keç

Fransa Kiprə raket sistemləri və hərbi freqatlar göndərir

Fransa Kiprə raket sistemləri və hərbi freqatlar göndərir

İranın "Raşid" dron hücumundan sonra Paris, Berlin və Afina hərəkətə keçdi. Akrotiri bazasındakı gərginlik fonunda raket sistemləri və F-16-lar bölgəyə cəlb edilir.

en ru

İranın “Raşid” adlı pilotsuz uçuş aparatı Kiprdəki hərbi bazasına hücum etdikdən sonra Fransa Kiprə freqat, sistemləri və dronlara qarşı mübarizə vasitələri göndərmək qərarı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rəsmi Kipr mənbələri məlumat yayıb.

Adlarının açıqlanmasını istəməyən həmin mənbələrin sözlərinə görə, Almaniya da Kiprin hərbi gəmi göndərilməsi ilə bağlı müraciətinə müsbət cavab verib.

Onlar bildiriblər ki, gəmi və avadanlıqlar ən qısa zamanda Kiprə çatdırılacaq.

Pilotsuz aparat martın 2-si Akrotiridə yerləşən Britaniya Kral Hərbi Hava Qüvvələrinin bazasına hücum edib və cüzi maddi ziyan vurub. Martın 2-si gün ərzində Britaniya hərbi təyyarələri daha iki PUA-nı ələ keçirib.

Yunanıstan Kiprə dörd F-16 qırıcısı göndərib, daha iki müasir freqat isə yoldadır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…