Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransa 1900-cü ildən bəri ən isti yay mövsümünü yaşadı

2 dəq
Paylaş:
Fransa 1900-cü ildən bəri ən isti yay mövsümünü yaşadı

Fransada meteoroloji müşahidələrin aparılmağa başlandığı 1900-cü ildən bəri ən isti yay mövsümü qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Fransanın naziri Saint-Mande şəhərində keçirdiyi brifinqdə açıqlayıb.

Məlumata görə, bu yay ölkədə temperatur və genişmiqyaslı ciddi fəsadlara səbəb olub. Güclü istilər səbəbindən bəzi məktəblərdə dərslər müvəqqəti dayandırılıb, yanğınlar nəticəsində yaşayış evləri dağılıb və insan tələfatı qeydə alınıb.

Nazir bildirib ki, iqlim dəyişikliyinə uyğunlaşmaq üçün iqtisadiyyatın və gündəlik həyatın bütün sahələrində yeni tədbirlərin görülməsi zəruridir.

Barbut qeyd edib ki, qısa müddətdə bütün məktəblərin infrastrukturunu tam yeniləmək mümkün olmasa da, təhsil müəssisələrində panjurlar və ventilyatorların quraşdırılması nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə