Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransa 6 milyard avro itirdi: Nazir rəsmi rəqəmi açıqladı

2 dəq
Paylaş:
Fransa 6 milyard avro itirdi: Nazir rəsmi rəqəmi açıqladı

Fransa Yaxın Şərqdə davam edən münaqişə səbəbindən milyardlarla itki ilə üzləşib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Leskur televiziya kanalına açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, hazırkı mərhələdə Fransa üçün iqtisadi itkilərin həcmi 4–6 milyard avro arasında qiymətləndirilir. O qeyd edib ki, bu məbləğə borc kapitalının dəyərinə təsir edən 3,6 milyard avro da daxildir və dərəcələrinin artması bu təsiri daha da gücləndirir.

Leskur əlavə edib ki, Yaxın Şərqdəki böhranın maliyyə nəticələri fonunda dövlət xərcləri ilə bağlı əlavə tədbirləri nəzərdən keçirilə bilər. Onun sözlərinə görə, hazırda xərclərin tam ləğvi planlaşdırılmır, lakin “texniki olaraq dondurma” adlandırılan tədbirlər tətbiq oluna bilər.

Nazir bildirib ki, vəziyyət sabitləşərsə, bu məhdudiyyətlərin aradan qaldırılması mümkündür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax