Əsas məzmuna keç

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

"Formula 1" üzrə dünya çempionatında iştirak edən "Alpin" komandasının əməkdaşları bu gün Fransada etiraz aksiyası keçirəcəklər. Onlar "Renault"un...

"Formula 1" üzrə dünya çempionatında iştirak edən "Alpin" komandasının əməkdaşları bu gün Fransada aksiyası keçirəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" "The Race" nəşrinə istinadən xəbər verir ki, onlar "Renault"un Viri-Şatiyondakı motor proqramının bağlanmasına etiraz edəcəklər.

Aksiya "Renault"un baş ofisində gerçəkləşəcək.

Daha əvvəl "Renault"un İdarə Heyətinin sədri de Meo "Alpin" komandasının daha səmərəli idarə edilməsinə və Viridə mühərrik istehsalına nail olmaq niyyətində olduğunu bildirib. Bu baxımdan "Alpin" üçüncü tərəf mühərriklərinə, məsələn, "Mercedes"ə keçə bilər.

Bu, "Alpin" həmkarlar ittifaqının kəskin reaksiyasına səbəb olub.

Qeyd edək ki, Qran-prisi sentyabrın 13-15-i aralığında keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…