Operativ Məlumat Mərkəzi

Formula 1-ə görə bağlanan yollar bu tarixdə AÇILACAQ

1 dəq
Paylaş:
Formula 1-ə görə bağlanan yollar bu tarixdə AÇILACAQ
Formula 1-dən sonra Bakıda bağlanan yollar sabahdan açılacaq. Beton blokların sökülməsi 1 həftə çəkəcək.

Sabahdan etibarən Formula 1-ə görə məhdudiyyət tətbiq edilən yolların açılmasına başlanılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, beton bloklar və piyadalar üçün quraşdırılmış körpülərin sökülməsi isə 1 həftə - 10 gün ərzində həyata keçiriləcək.

Qeyd edək ki, Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisinin qalibi "McLaren" pilotu Oskar Piastri olub.

"Ferrari"dən Şarl Lekler ikinci, "Mercedes"dən Corc Rassel üçüncü yeri tutub.

Yarışın sonunda "Ferrari"dən Karlos Sayns və "Red Bull"dan Serxio Peres qəza törədiblər. Hər iki sürücünün idarə etdiyi bolid 50-ci dövrədə səddə çırpılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər