Operativ Məlumat Mərkəzi

"Formula 1": Azərbaycan Qran-prisində sıralama turu başlayıb

2 dəq
Paylaş:
"Formula 1": Azərbaycan Qran-prisində sıralama turu başlayıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, yarış saat 17:00-da start götürüb.

Bugünkü sərbəst yürüşdə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib. "Ferrari"dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub.

Qeyd edək ki, aprelin 29-da "Formula 1"də sprint, aprelin 30-da isə əsas yarış təşkil olunacaq.

Azərbaycan Qran-prisinədək "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 132 xalla liderdir. Onun meksikalı komanda yoldaşı Serxio Peres 116 xalla ikinci, "Aston Martin"in ispaniyalı sürücüsü Fernando Alonso 85 xalla üçüncü pillədə qərarlaşıb. "Mercedes"dən britaniyalı Lüis Hemilton 64 xalla dördüncü, Alonsonun "Ferrari"dəki həmyerlisi Karlos Sayns 39 xalla beşincidir.

Konstruktorlar kubokunda "Red Bull" 123 xalla birinci, "Aston Martin" 65 xalla ikinci, "Mercedes" 56 xalla üçüncü yerdədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər