Zəngəzur dəhlizinin Ermənistandan keçən avtomobil və dəmiryolu layihəsi ilə bağlı işlərin getdiyi Azərbaycan tərəfinə bildirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, bu layihə ABŞ tərəfindən dəstəklənir:
"Bu istiqamətdə danışıqlar ABŞ-Ermənistan arasında aparılır. Ancaq eyni zamanda TRİPP-in giriş və çıxış hissəsi Azərbaycan ərazisidir. Ona görə biz ABŞ-dən olan tərəfdaşlar tərəfindən məlumatlandırılırıq. Bizə verilən vədlər ondan ibarətdir ki, proses gedir, hazırda sənədlərin hazırlanması mərhələsidir".