Əsas məzmuna keç

Ceyhun Bayramov: Bakı və Daşkəndin əməkdaşlığı genişlənir

Ceyhun Bayramov: Bakı və Daşkəndin əməkdaşlığı genişlənir

Xarici işlər naziri Özbəkistanla strateji tərəfdaşlığın yeni mərhələsi barədə danışdı. İki ölkə arasında iqtisadi və siyasi əlaqələrin güclənməsi nələri vəd edir?

en ru

və arasında bütün istiqamətlər üzrə artan əməkdaşlıq dinamikası müşahidə olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycanın naziri "Özbəkistan 24" telekanalına bildirib.

Onun sözlərinə görə, iki ölkə prezidentlərinin dövlət səfərləri artıq gözəl bir ənənəyə çevrilib: ötən il Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edib, bu il isə İlham Əliyev Özbəkistanda dövlət səfərindədir.

"Biz bütün istiqamətlər üzrə artan dinamikanı görürük. Bu gün (23 avqust - red.) bu səfərin yekunları üzrə 13 sənəd imzalanıb. Ən əsas sənədlər ölkələrimiz arasında Əbədi dostluq haqqında Müqavilə, Dövlətlərarası Şuranın üçüncü iclasının yekun qərarı, eləcə də ən müxtəlif sahələri əhatə edən 11 əlavə sənəddir. Çox sayda yeni layihəyə start verilib. Regionlararası forum (22 avqust - red.) böyük uğur və nəticə ilə keçib", - nazir bildirib.

Bayramov qeyd edib ki, hər bir dövlət səfəri ikitərəfli münasibətlərə əlavə təkan verir. O, Özbəkistanın inkişafından məmnunluğunu ifadə edərək vurğulayıb ki, onun səfərləri arasındakı hətta qısa müddət belə Daşkənddə və ölkənin regionlarında dinamik dəyişiklikləri görməyə imkan verir.

"Özbəkistanın nüfuzu beynəlxalq platformalarda dinamik şəkildə, durmadan artır", - Ceyhun Bayramov əlavə edib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…