Əsas məzmuna keç

Flora Kərimova ilə Afət Telmanqızı barışdı?

Flora Kərimova ilə Afət Telmanqızı barışdı?

bu gün Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmə şikayət üzrə prosessual müddətin...

Xalq Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə üzrə prosessual müddətin ötdüyünü nəzərə alaraq, işə xitam verib.

Eyni zamanda tərəflər arasında barışıq əldə olunub.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…