Braziliyanın cənub-şərqində şiddətli yağışlar və torpaq sürüşmələri nəticəsində 30 nəfər ölüb, 39 nəfər isə itkin düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, Minas Gerais ştatında çay məcrasından çıxaraq küçələri su basıb. Nəticədə 12 ev torpaq sürüşməsi altında qalıb, 200 nəfər isə xilas edilib.
Bildirilib ki, bəzi kəndlər torpaq sürüşməsi səbəbindən xarici aləmlə əlaqədən təcrid olunub. Təhlükəsizlik məqsədilə məktəblərdə dərslər ləğv edilib.