Nepalda yağan güclü yağışların təsiri qonşu bölgələrdə də ciddi fəsadlara səbəb olub. Sel və daşqınlar Tibetdə genişmiqyaslı dağıntılar törədib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, təbii fəlakətin yaratdığı ziyanın miqyasını müəyyənləşdirmək məqsədilə ərazi havadan müşahidə olunub.
Yayılan görüntülərdə bölgədə vəziyyətin ağır olduğu görünür. Kadrlar zamanı yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin su altında qaldığı, ətraf ərazilərin isə sel sularından ciddi zərər gördüyü müşahidə olunur.

Təbii fəlakətin ətraf mühitə də böyük ziyan vurduğu bildirilir.
Hazırda bölgədə xilasetmə və zərərin qiymətləndirilməsi işləri davam etdirilir.